Şrift:
Dünən Xalq artisti Tələt Qasımov vəfat edib
29.07.2013 [10:27] - Gündəm, Bildiriş
Görkəmli xanəndə uzun sürən xəstəlikdən sonra iyulun 28-də gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Mərhum bu gün Bilgəh qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Tələt Məmmədağa oğlu Qasımov 1933-cü il iyun 21-də Bakı şəhərində anadan olub. Musiqiyə erkən yaşlarından həvəs göstərib. Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib.
Tələt Qasımovun bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında "Rast", "Şur", "Seygah-Zabul" muğam-dəstgahları, "Şüştər" təsnifləri Azərbaycan Dövlət Televiziyasının fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri var.
Xalq artisti uzun illər "Azərkonsert" Birliyinin solisti olub, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Türkiyə, İran, Almaniya, Rusiya, Misir, Əlcəzair, Tunis və Mərakeşdə ləyaqətlə təmsil edib.
Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed