Şrift:
Bakıda iki nəfər güllələnib
21.11.2011 [14:48] - Xəbərlər
Bakının Zağulba qəsəbəsində silahlı insident baş verib

Bakı şəhərində silahlı insident baş verib. Paytaxtın Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13.30 radələrində rayonun Zağulba qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində “Mercedes” markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyərək hadisə yerindən qaçıblar. Güllələnən şəxslərdən biri hadisə yerində ölüb. Digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed