Şrift:
Naxçıvanda kubok həyəcanı
30.10.2013 [13:31] - İdman
Bu gün Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinə yekun vurulacaq. 3 oyunu ötən həftə baş tutan mərhələnin son günündə I divizion təmsilçiləri “Araz Naxçıvan” və “Ağsu” qarşılaşacaq.

Bu komandaların duelində 1/8 finalın son iştirakçısının adına aydınlıq gələcək. 12 ildən sonra kubok uğrunda mübarizəyə qoşulan Naxçıvan təmsilçisi hazırda I divizionda təsadüfi lider olmadığını sübut etməlidir. Ötən il yaradılan və debüt ilində aşağı dəstənin çempionu olan “Ağsu” isə kubokda 2-ci dəfə mübarizə aparır.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed