Şrift:
Ermənistan əhalisi günü-gündən azalır
31.10.2013 [12:05] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Hakimiyyət statistik hesabatların nəşrini müxtəlif vasitələrlə təxirə salır
Siyasət 2013-cü ilin yanvar-sentyabr ayları üçün statistik məlumatlara görə, Cənubi Qafqaz ölkəsi olan Ermənistanda demoqrafik göstəricilər çox pisdir.

Bu barədə Ermənistanın "Jovoxur-Yerevan" qəzeti bildirir.

Respublikanın Milli Statistika Xidmətindəki şəxsi mənbələrə istinad edən qəzet yazır ki, göstəricilər rekord dərəcədə pis olduğu üçün hakimiyyət hesabatların nəşrini bütün vasitələrlə təxirə salır.

Vətəndaşların ölkəni tərk etməsinə səbəb isə qaz, işıq pulunun artması, nəqliyyatdan istifadə qiymətinin və eləcə də insanlar üçün vacib olan gündəlik qida qiymətlərinin dəhşətli dərəcədə bahalaşması hesab olunur. Bir çox siyasətçinin fikirlərinə görə, Ermənistan bu yaxınlarda ermənilərsiz qala bilər.
Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed