Şrift:
Estoniya yığması millimizə qarşı heyəti açıqladı
04.11.2013 [12:34] - İdman
Estoniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 15-də Azərbaycan, 19-da Lixtenşteynlə yoxlama matçlarına 21 futbolçu dəvət alıb.



Baş məşqçi Tarmo Ruutli Estoniya klublarından cəmi 6 oyunçunu milliyə çağırıb.



Onlardan biri Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. “Neftçi” və “İnter”dəki çıxışları ilə özünü yaxşı tərəfdən göstərən Dmitri Kruqlov özünün bələd olduğu futbolçularımıza qarşı oynayacaq.



Digər 15 legioner isə müxtəlif ölkələri təmsil edir. İngiltərə, Şotlandiya, Belçika klublarından təmsilçiləri olan rəqibimizin heyətində ABŞ-dan da oyunçu yer alıb. Tallinin “Le Koq Arena” stadionundakı görüş Enar Yaager üçün əlamətdar olacaq. Millidə 99 görüşə çıxan müdafiəçi Azərbaycanla oyuna yubiley – 100-cü qarşılaşmasının iştirakçısı ola bilər.



Qapıçılar: Mihel Aksalu (SJK, Finlandiya), Sergey Pareyko (Volqa, Rusiya)



Müdafiəçilər: Artyom Artyunin, Dmitri Kruqlov (hər ikisi “Levadiya”), Enar Yaaqer (Lyers, Belçika), Ken Kallaste (Nomme Kalyu), Raqnar Klavan (Aysburq, Almaniya), Mik Reintam (Yuvaskulya, Finlandiya), Taijo Teniste (Soqndal, Norveç)



Yarımmüdafiəçilər: Aleksandr Dmitriyev (Levadiya), Joel Lindpere (Çikaqo Fayr, ABŞ), Siim Luts (Norçepinq, İsveç), Sergey Moşnikov (Qurnik, Polşa), Sander Puri (York Siti, İngiltərə), Konstantin Vasilyev (Amkar, Rusiya), Martin Vunk (Kalev)



Hücumçular: Henri Anier (Motervell, Şotlandiya), Rimo Hant (Levadiya), Tarmo Kink (Qyor, Macarıstan), Henrik Oyama (Legiya, Polşa), Sergey Zenyov (Karpatı, Ukrayna).
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed