Şrift:
Barselonanın kapitanları Messi ilə görüşəcəklər
04.11.2013 [16:32] - İdman
“Barselona”nın kapitanları Lionel Messi ilə görüşəcəklər. Karles Puyol, Xavi Hernandes, Viktor Valdes və Andres İnyesta komandanın argentinalı ulduzu ilə söhbətləşib, onun hər hansı bir probleminin olub-olmadığını müəyyənləşdirməyə çalışacaqlar.

Messinin son oyunlarda formasından çox uzaq olması klubda və azarkeşlər arasında ciddi narahatçılığa yol açıb. Kapitanlar argentinalı ilə görüşüb, ona hər cür dəstək verməyə hazır olduqlarını bildirəcəklər.

Qeyd edək ki, bir neçə gün öncə “Barselona”nın digər argentinalı futbolçusu Xavier Maskerano Lionel Messinin dünya çempionatında ideal formada olmaq üçün klubda tam güc sərf etmədiyi bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed