Şrift:
Güney Azərbaycanda Qaradağ zəlzələsindən 1 il yarım sonrakı durumu(Video reportaj)
03.02.2014 [09:38] - Güney Azərbaycan xəbərləri, davam TV
Güney Azərbaycanda Qaradağ zəlzələsindən 1 il yarim ötür ancaq bu bölgədə yaşayan soydaşlarımız hələdə kanekslərdə yaşaamağa məcbur qalıblar. İran rejimi bu millətin pullarını Bəşar Əsəd və Livanın hizbullah terorist qruplarına göndərir ancaq bu pulların sahibləri bu qışın amansız soyuğunda ağr vəziyyətdə yaşayırlar. Xatırladaq ki, 2012-ci il avqustun 11-də bu bölgədə 6,2 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində rəsmi statistikaya görə 306 nəfər ölüb və minlərlə soydaşımız yaralanmışdı, həmin zəlzələdə 400-dən artıq kənd evləri də dağılmışdı. Zəlzələnin vurduğu ziyan hələ aradan qaldırılmayıb və zəlzələ nəticəsində evləri dağılanlar, bu günə qədər çadırlarda məskunlaşıblar. Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələlər baş verib.

Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed