Şrift:
Azərbaycanlı politoloq Dağıstanlı ekspertin cavabını verdi
11.04.2014 [11:45] - Gündəm, Dərbənd
“Bu adamın dedikləri başdan ayağa sərsəmləmədir. Mən ümumiyyətlə sərsəm fikirlərə münasibət bildirməyin tərəfdarı deyiləm”

Bu sözləri BayMedia-ya Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov Dağıstanlı politoloq Xancan Qurbanovun Azərbaycanın federasiya çevrilməsi və ölkəmizin əleyhinə səsləndirdiyi sərsəm fikirləri ilə bağlı sualımızı şərh edərkən belə deyib.

“Ancaq soruşduğunuz üçün deyim ki, Azərbaycanda yerli xalqların narazı olduğunu iddia etmək gülünc səslənir. Təbii ki, seperatçılar, ara qızışdırmaq istəyənlər var. Ancaq Azərbaycandakı xalqlar fərq qoymadan bir-biri ilə qohum olublar və ölkəmizin belə bir problemlə rastlaşacağına inanmıram. Baxmayaraq ki, bir neçə il öncə buna cəhd olunmuşdu. Unutmayaq ki, o zamanın Azərbaycanı ilə indikinin arasında fərq yetərincə aydın görsənməkdədir. Azərbaycanında yaşayan heç bir xalqın Rusiyaya müraciət edəcəyini də düşünmürəm.
Rusiya ərazisində yaşayan xalqların problemini həll edib, qalıb Azərbaycandakı xalqlar? Düşmənçiliyə gəlincə, düşünmürəm ki, Azərbaycan hansısa dövləti özünə düşmən bilə, əgər həmən dövlət özünü ölkəmizə dost sayırsa. Mən təbii ki, rəsmi dövlət adamı deyiləm və dövlətin adından danışmaq kimi bir səlahiyyətim yoxdur. Ancaq düşünürəm ki, Azərbaycan ona dost kimi yanaşanlara dost, düşmən kimi yanaşanlara da düşmən münasibəti göstərməlidir və göstərir də”.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed