Şrift:
Azərbaycanın Rusiyadan aldığı 24 döyüş vertolyotunun ölkəyə gətirilməsinə başlanır
12.12.2011 [14:53] - Hərb
Rusiyanın “Rosvertol” Səhmdar Cəmiyyəti yaxın günlərdə Azərbaycana “Mi-35M” helikopterlərinin çatdırılmasına başlayacaq.

Artıq ilk helikopter “Rosvertol”un Rostov-Don şəhərindəki zavodunun aerodromunda Azərbaycana yola salınmaq üçün hazırlanır.

2010-cu ilin sentyabr ayında “Rosoboroneksport” şirkəti ilə Azərbaycanın müvafiq qurumu arasında imzalanmış alğı-satqı müqaviləsinə uyğun olaraq Bakıya 24 ədəd “Mi-35M” döyüş helikopteri göndəriləcək.

Qeyd edək ki, “Mi-35” helikopterləri “Mi-24” helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrə atəş dəstəyi verilməsi, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir. Helikopter gecə, gündüz və hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub.

Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.
Bu xəbər oxucular tərəfindən 1467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed