Şrift:
Sentyabrın 23-də GAMAC-ın (Milli Cəbhənin) 17 nəfərlik nümayəndə heyəti, BMT-nin İnsan Haqları Komissiyasi ilə görüşü olub.
24.09.2011 [20:17] - Güney Azərbaycan-Təbriz
Cenevrədə keçirilən Görüşdə BMT-nin İnsan Haqları Komissiyasının nümayəndələrinə əsasən Urmu Gölünün qurudulması məsələsi, son Kütləvi Etirazlar, Ana dili və siyasi məhbuslar barədə geniş məlumat verilib.



Urmu Gölününü qurumaqdan qurtarmaq üçün səddlərin açılmasının qaçırılmaz olduğu xüsusi vurğulanıb. Həmçinin siyasi məhbusların azad edilməsi üçün BMT nümayəndələrindən yardım istənilib.



Qeyd edək ki, bu görüş Milli Cəbhənin 1 il ərzində keçirdiyi 7-ci görüş olub. Keçən görüşlərdədə oxşar milli məsələlər barədə BMT yetkililərinə məlumat çatdırılıb.



Xatırladaq ki, görüşdə GAMAC-la birlikdə İranda yaşayan başqa millətlərin nümayəndəsi o cümlədən Bəluç və Ərəb nümayəndə heyətləridə iştirak ediblər. Bu görüşdə Ərəblər 7 nəfər nümayəndə heyəti ilə təmsil olunublar.



Görüşün təfərüatı gələcək xəbərlərimizdə diqqətinizə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed