Şrift:
“GÜNAHSIZ GÜNAHKARLAR”
16.05.2014 [12:22] - Gündəm, Afişa, Bildiriş
Bakı Uşaq Teatrının yeni tamaşası. (2014)
Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Bütün bunlar GÜNAHSIZ GÜNAHKARLARda.
Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.
Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər:
Xatırladaq ki, Bakı Uşaq Teatrı maarifləndirici tamaşaların hazırlanmasında çoxillik təcrübəyə malikdir.

Təşkilati dəstək Gənclər və İdman Nazirliyi
Tamaşanın premyerası 19 may 2014-cü il tarixdə, saat 15:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir.
Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed