Şrift:
Azərbaycanda təxribatçı dəstələrə qarşı cəzanın müddəti 20 ilə qaldırılır
27.05.2014 [13:40] - Gündəm, Hüquq
Azərbaycanda mütəşəkkil formada törədilən təxribat hadisələrinə qarşı sanksiyalar sərtləşdirilir, cəza müddəti son həddə qədər artırılır.

Milli Məclisdənverilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 282.2-ci maddəsinə (Təxribat) dəyişiklik təklif edilir.

Təklifə əsasən, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma mütəşəkkil dəstə tərəfindən törədildikdə ən yüksək cəza olaraq 20 il həbs veriləcək.

Hazırda bu cəza 15 ildir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed