Şrift:
“Qarabağım” adlı xeyriyyə tədbiri keçiriləcəkdir
28.07.2014 [13:41] - Gündəm, Sosial
Millət vəkili, AVCİYA-nın Prezidenti Elxan Süleymanovun ideya müəllifi və maliyyə dəstəyi ilə yaradılan “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı və “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi ilə birgə Qarabağa həsr olunmuş “Qarabağım” adlı xeyriyyə tədbiri keçirəcəkdir. Tədbirin məqsədi əlilliyi olan uşaq və gənclərimizin yaradıcılığı vasitəsi ilə onların çəkdikləri rəsm əsərlərini və əl işlərini geniş ictimaiyyətə və beynəlxalq aləmə təqdim etmək, Qarabağı tez bir zamanda geri alacağımız və gələcəkdə Qarabağı necə görəcəklərini, Qarabağı heç vaxt unutmadığımızı və qədim torpaqlarımızın əzəli, əbədi olaraq Azərbaycanın tərkib hissəsi olduğunu sübut etməkdir.
Tədbirin əsas hissəsində mütəxəssislər vasitəsi ilə təşkil olunmuş jüri əl işlərinə baxış keçirəcək. Əlilliyi olan uşaqların əl işlərinin və rəsm əsərlərinin satış sərgisi təşkil olunacaqdır. Satış sərgisindən toplanan vəsait əlilliyi olan, sərgidə nümayiş olunan əsərlərin sahiblərinə veriləcəkdir. Xeyriyyə məqsədilə toplanan vəsait əlilliyi olan uşaq və gənclərin sosial problemlərinin həllinə yönəldiləcəkdir.

“Qarabağım” xeyriyyə tədbirinin maliyyə dəstəyini “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı həyata keçiriəcək və 1, 2 və 3-cü yerləri müəyyənləşdirərək pul mükafatları təqdim edəcək.

“Qarabağım” xeyriyyə tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin və digər dövlət qurumlarının və ictimai birliklərin nümayəndələri, eləcə də iş adamları iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər aşağıda göstərilən əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər. Tədbirin keçiriləcəyi tarix və yer barədə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed