Şrift:
Enes İbrahim: “Azərbaycanın Balkan bölgəsində nüfuzu artmaqdadır”
20.12.2011 [18:02] - Türk dünyası-Turan
Azərbaycan Balkan ölkələri ilə bağlı uğurlu siyasət yürüdür və bu öz müsbət nəticəsini verəcək.
Bu sözləri “Davam”a Makedoniya türklərinin UFUK dərnəyinin sədri, “Ufuk” jurnalının baş redaktoru Enes İbrahim Azərbaycan prezidenti İlham Əliyevin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edilməsi xəbərini şərh edərkən bildirib. “Onu qeyd edim ki, Azərbaycan Balkan ölkələri ilə bağlı uğurlu və hesablanmış siyasət yürüdür. İndi bir zamanlar Türkiyənin həyata keçirmədiyi siyasəti, Azərbaycan dövləti gerçəkləşdirir. Onu əlavə edim ki, Azərbaycan Serbiya ilə münasibətlərini güclü inkişaf edirməklə yanaşı, Makedoniya ilə də əlaqələrini xüsusi önəm verməlidir”-deyə, Enes İbrahim qeyd etdi. Enes İbrahim bu siyasətin Qafqaz və balkan xalqlarının yaxınlaşması konteksində də uğurlu bir siyasət olaraq gördüyünü bildirdi.
“Eyni zamanda, bu siyasət Azərbaycanın bu bölgədə nüfuzunun artmasına səbəb olacağı şühbəsizdir və prezident İlham Əliyevin belə bir mükafata layiq görülməsi bu uğurun nəticəsi olaraq qəbul edilməlidir”-deyə, dərnək sədri vurğuladı.
Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed