Şrift:
Sergey Lavrov: “Ukrayna hakimiyyəti atəşkəsdən istifadə edərək cənub-şərqdə qüvvə cəmləşdirir"
10.09.2014 [00:22] - Gündəm, Siyasət
“Ukrayna zərbə qruplaşması hazırlayır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukrayna hakimiyyəti atəşkəsdən istifadə edərək cənub-şərqdə qüvvə cəmləşdirir: “Belə məlumatlar könüllülərdən gəlib. Dünən Ukrayna ordusunun ağır texnikasının Debaltsevo rayonunda cəmləşməsi barədə məlumat daxil olub. Bütün göstəricilərə əsasən belə bir nəticəyə gəlmək olar ki, zərbə qruplaşmasının formalaşdırılmasına hazırlıq gedir. Biz bundan ciddi şəkildə narahatıq”.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed