Şrift:
HƏYATLA OYUN- tamaşası Ağsuda. 17 sentyabr saat 15.00.
17.09.2014 [01:00] - Gündəm, Afişa, Bildiriş
“Həyatla oyun”
Teatr mövsümünün açılışını silsilə tamaşalarla qeyd edən Bakı Uşaq Teatrı açılışının ikinci tamaşasını Ağsu rayonunda oynayacaq. Bu dəfə maarifləndirmə kompaniyasını davam etdirən teatr Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası ilə 17 sentyabr saat 15:00 –da Ağsuda çıxış edəcək.
Real həyat hadisələri əsasən bir qrup tələbələr arasında cərəyan edir.Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur.
Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir.
HƏYATLA OYUN- tamaşası Ağsuda.   17 sentyabr   saat 15.00.

Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir.
Əziz Ağsu Rayon sakinləri BAKI UŞAQ TEATRI, GƏNCLƏR və İDMAN NAZİRLİYİ. “ HƏYATLA OYUN” tamaşası Ağsuda. 17 sentyabr saat 15.00.
Gənclər üçün bunları bilmək çox önəmlidir





Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed