Şrift:
Kürdəmirdə 9-cu sinifdə oxuyan qızı qaçıran oğlan həbs edilib
21.12.2011 [16:02] - Gündəm
Azərbaycanın Kürdəmir rayonunun Şilyan kəndində orta məktəb şagirdini qaçıran şəxs tutulub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, dünən axşam saatlarında Şilyan kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Nizami Nəsib oğlu özündən 6 yaş kiçik olan azyaşlı qızı, Şilyan kənd orta məktəbinin 9-cu sinif şagirdi Rəhimova Vüsalə Oqtay qızını küçədən məcburi şəkildə özünə məxsus minik avtomobili ilə qaçırıb. V. Rəhimovanın valideynlərinin rayon Polis Şöbəsinə müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onların yeri müəyyən edilib. Qız valideynlərinə təhvil verilib, N. Əhmədov həbs edilərək barəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed