Şrift:
Urmiyədə terrora qarşı keçirilən etiraz aksiyasına Ərdəbil də dəstək verildi
18.10.2014 [11:40] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmiyə şəhərində terrora qarşı keçirilən etiraz aksiyasına Ərdəbildən də dəstək gəldi. Aksiya dünən Urmiyədə keçirilən aksiya ilə eyni vaxta keçirilib.
Ərdəbilin “Şəhrdari” futbol komandasının Qumun “Səba Batri” takımı ilə keçirdiyi müsabiqə bitdikdən sonra – hansıki Ərdəbilin Şəhrdari komandasının qələbəsi ilə sona çatdı- azərbaycanlı milli-mədəni fəallar və Ərdəbilin qorxmaz gəncləri bu şəhərin əsas xiyabanlarında Urmiyədə terrora qarşı keçirilən etiraz aksiyasına dəstək veriblər. Onlar Qərbi Azərbaycanda PKK və Pjak kimi kürd terror qruplaşmalarının fəallaşmasına öz etirazlarını bildirib və şüarlar səsləndiriblər.

İlk olaraq Səreyn meydanında toplaşan soydaşlarımız milli və mədəni zəmində şüarlar səsləndiriblər. Yerli əhali etireazçılara qoşulduqdan sonra onlar Şəriəti meydanı, Çaharrah, və sonra PirəTəmlik (Pir Əbdulməlek) meydanına çatıblar.

Məlumata görə, təhlükəsizlik qüvvələri aksiyanın keçiriləcəyindən xəbərsiz olub, onlar xəbər tutduqdan sonra hadisə yerinə gəlib və etirazçılara hücum ediblər. Məlumata görə, təhlükəsizlik qüvvələri ilə mədəni fəallar arasında qarşıdurma yaşanıb. Şahidlər isə bir neçə nəfərin tutulduğunu bildirir... .
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed