Şrift:
Böyük Britaniyada 2014-cü il - Sənaye ili mövzusunda biznes forum keçiriləcək
04.11.2014 [14:24] - İqtisadiyyat
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum sabah noyabrın 5-də London şəhərində baş tutacaq.

Biznes forum “İqtisadi diversifikasiya əsas prioritet istiqaməti kimi: “2014-cü il - Sənaye ili” mövzusunda keçiriləcək. Biznes forumun təşkilatçısı Avropa Azərbaycan Cəmiyyətidir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvət olunurlar. Biznes forumda iştirak etmək istəyən azərbaycanlı iş adamları və sahibkarı Azpromo və ya Avropa Azərbaycan Cəmiyyətinə müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed