Şrift:
Azərbaycanın illik neft-qaz gəlirləri 20 milyard dollara çatır
29.12.2011 [14:10] - İqtisadiyyat
Azərbaycanın neft və qaz satışından illik gəlirləri 15-20 milyard dollar arasında dəyişir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Türkiyənin TRT telekanalına müsahibəsində deyib. Müsahibə cümə axşamı yayımlanıb.

"Karbohidrogenlərin satışından gələn gəlirlərin həcmi neftin qiymətindən asılı olaraq dəyişir. Bununla yanaşı, əldə olunan gəlirlərin böyük hissəsi dəyişir", - Əliyev bildirib.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümovun cümə axşamı TRT telekanalına bidirdiyi kimi, ARDNF yarandığı andan ona 60 milyard dollardan artıq vəsait daxil olub, onların böyük əksəriyyəti toplanıb və hazırda fond tərəfindən idarə olunur.

"Hazırda Neft Fondunun idarəçiliyində 32 milyard dollar vəsait var", - Mövsümov deyib.

O bildirib ki, fondun vəsaitlərinin bir hissəsi hər il transfer şəklində dövlət büdcəsinə göndərilir. O cümlədən, bu il ARDNF-dən dövlət büdcəsinə transferlər 9 milyard manata yaxın təşkil edib, gələn il isə bu göstəricinin 10 milyard manat (yaxud 12 milyard dollara yaxın) olacağı gözlənilir.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Dekabrın 29-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed