Şrift:
Brent markalı neftin qiyməti 50 dollardan aşağı düşüb
07.01.2015 [15:18] - İqtisadiyyat
Analitiklər yaxın gələcəkdə “qara qızıl”ın daha da ucuzlaşacağına əmindirlər

Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 13:00 üçün olan məlumata görə) 1 barelə görə 47,01 dollar təşkil edib.

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 49,94 dollara enib.

“Reuters” agentliyi xəbər verir ki, “qara qızıl”ın kəskin ucuzlaşmasına əsas səbəb dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsidir. Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, neftin ucuzlaşması yaxın perspektivdə davam edəcək.

Analitiklərin fikirləri ilə əksər aparıcı qərb investisiya bankları da razıdır.

Yaponiya Mərkəzi Bankının İdarə Heyətinin keçmiş üzvü Nobuyuki Nakahara isə hesab edir ki, neftin qiyməti gələcəkdə 20 dollara qədər enə bilər: “Son illər neftin 1 barrelinin qiyməti 100 dollar olub. BU, anormal göstəricidir. Çünki enerji resurslarının qiymətinin yüksək olması dünya iqtisadiyyatının artım tempinə mənfi təsir edir. Neftin qiyməti 20 dollara qədər enərsə, təəccüblənmərəm. Bu, tələb və təkliflə əlaqəli olan məsələdir”
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed