Şrift:
Azərbaycanın elektrik enerjisinin ixracı niyə yubanır?
25.01.2015 [18:49] - Gündəm, İqtisadiyyat
"Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü çərçivəsində Azərbaycandan elektrik enerjisinin ixracına kommersiya məsələlərinin həllindən sonra başlanacaq.

Bu barədə ölkənin enerji bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracının təmin olunması üçün bütün zəruri texniki işlər həyata keçirilib: "Kommersiya məsələlərinin həllindən sonra artıq elektrik enerjisinin ixracına və tranzitinə başlamaq mümkün olacaq”.

Bununla yanaşı, mənbə Azərbaycandan elektrik enerjisinin Gürcüstan vasitəsilə Türkiyəyə tranzitlə ixracına başlamağın mümkün olacağı tarixi açıqlamayıb: "İxrac əməliyyatlarına başlamaq barədə danışmaq hələlik çətindir".
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed