Şrift:
Azərbaycanda dolların bahalaşması, avronun isə ucuzlaşması davam edir
08.04.2015 [10:06] - Gündəm, İqtisadiyyat
Bu gün aprelin 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1399 manat olub.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed