Şrift:
İstanbulda 1 May nümayişlərində 140 nəfər saxlanılıb
02.05.2015 [19:27] - Gündəm, Türk dünyası-Turan
İstanbul polisi 1 may nümayişlərində üzlərini maska ilə gizlədən 140 nəfəri saxlayıb. "TRT Haber" telekanalının verdiyi məlumata əsasən, onların hamısı Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, bu ilin fevralında Türkiyə parlamentinin qəbul etdiyi təhlükəsizlik üzrə islahatlar paketinə əsasən, aksiya iştirakçıları üzlərini maskalar vasitəsilə gizlədə bilməzlər və bu davranış ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Bundan başqa, "Molotov kokteyli"dən istifadə silahdan istifadəyə bərabər tutulur.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed