Şrift:
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın 50 yaşı tamam olur.
04.05.2015 [11:01] - Gündəm, Afişa, Bildiriş
2015-ci il mayın 11-də Cənubi Qafqazda ilk uşaq teatrının yaradıcısı, Bakı Uşaq Teatrının direktoru- bədii rəhbəri, uzun illərdir Azərbaycan teatr sənətinin inkişafına xidmət göstərən aktyor, rejissor, pedaqoq İntiqam Soltanın 50 yaşı tamam olur. Bu münasibətlə Bakı Uşaq Teatrının kollektivi 2015-ci il mayın 6-da Teatr Xadimləri İttifaqının tamaşa zalında yubiley tədbiri keçirəcək. Tədbirin saat 15.00-da başlanması nəzərdə tutulur.
Yubiley tədbirinə ölkənin bütün teatr ictimaiyyəti, teatrsevərlər, KİV təmsilçiləri, əməkdaşlıq etdiyimiz müxtəlif dövlət qurumlarının və xarici təşkilatların nümayəndələri dəvət olunub.
İntiqam Soltan – aktyor, rejissor, müəllim, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi. Hazırda Bakı Uşaq Teatrının bədii rəhbəri-direktorudur.
Azərbaycan Dövlət Mədəniyyət və İncə­sə­nət Universitetini bitirdikdən sonra o, Dövlət İrə­van Dram Teatrında və Dövlət Gənclər Te­a­t­rında aktyor kimi çalışıb, yaratdığı maraqlı rollarla teatr və eləcə də televiziya tama­şaçı­la­rı­nın rəğbətini qazanıb. Müəllim İntiqam Soltan neçə-neçə gəncin teatr sənəti yollarında ilk addım atmasına dəstək olub. Aktyor İntiqam Soltan teatrla yanaşı bir sıra filmlərdə, seriallarda rol alıb. Rejissor İntiqam Soltan 100-lərlə tamaşaya quruluş verib. Azərbaycanda və onun hü­dud­la­rın­dan kənarlarda öz tamaşaları ilə tanınıb.
Tədbirdə yubilyarın “Və s. Və s. Və s.” kitabının və Bakı Uşaq Teatrının təqdimatı olacaq. Qeyd edək ki, bu İntiqam Soltanın ikinci kitabıdır. Birinci kitabı “Səndən xəbərsiz” 2014-cü il may ayında işıq üzü görüb.
Kitabda İntiqam Soltanın əsasən cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri və s. yer alıb.
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed