Şrift:
Velosipedçi avtomobilin altında qalaraq öldü
04.05.2015 [14:15] - Gündəm, Hadisə
Velosiped sürücüsü axşam vaxtı Lənkəranda avtomobilin altında qalaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də saat 22.00 radələrində Lənkəran rayonunun Gərmətük kəndində rayon sakini Zamiq Səfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Raqib Səfərovu vurub. R.Səfərov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed