Şrift:
Avropa enerji resurslarının tədarükü məsələsində Azərbaycanı dəstəkləməlidir
03.06.2015 [10:35] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan Avropa, xüsusilə Polşa da daxil olmaqla Cənub-Şərqi Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır. Bunu Bakıda keçirilən 22-ci Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni qaz xətlərinə özünün resurslarını investisiya edən etibarlı tərəfdaşdır: “Bu səbəbdən ölkənin öz xidmətlərində əlavə anlayış və dəstəyə ehtiyacı var. Azərbaycan tərəfdən dünyamız üçün yetkin təklif – Cənub-Şərqi Avropa üçün enerji resurslarının yeni tədarükünü görürük”.

Nazir qeyd edib ki, Xəzər regionu Avropa, xüsusilə Polşa üçün cəlbedici regiondur: “Mən Azərbaycana uğurlar arzulayıram, ölkənin uğurları eyni zamanda Polşa və Aİ-nin uğurları olacaq”.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed