Şrift:
“Traxtur” klubu ilə 10 futbolçu arasında müqavilə imzalanıb
06.07.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu ilə 10 futbolçu arasında müqavilə imzalanıb.
Şərqi Azərbaycan futbol heyətinin ictimai əlaqələr şöbəsinin müdiri müqavilənin futbol heyətinin ofisində imzalandığını bildirib: ““Sepahan”ın keçmiş oyunçuları Əli Həmudi və Şuca Xəlilzadə, “Fulad”ın keçmiş futbolçuları Sruş Rəfii və Əhməd Əbdullazadə, “ZobAhən”in keçmiş oyunçusu Sina Eşvəri və “Saypa”nın keçmiş futbolçusu Məhəmmədrza Əxbari ilə müqavilə imzalanıb.”

Rza Təqiyyun əlavə edib ki, ““Traxtur”un keçmiş oyunçuları Xalid Şəfii, Mir Hani Haşimi Məlekabadi, Mehrdad Bayrami və Məhəmməd İranpuryan qarşıdakı Super liqada “Traxtur” komandasında təmsil olunmaq üçün bu klubla müqavilə imzalayıblar.”

Futbol heyəti rəsmisinin sözlərinə görə, oyunçularla müqavilə bağlamaq üçün iyulun 22-dək möhlət vardır.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed