Şrift:
15 il həbsə məhkum edilən milli hərəkat fəalı Hüseyin Məliki üçüncü dəfə böyrək əməliyyatı keçirib
26.01.2012 [14:42] - Güney Azərbaycan-Təbriz
Hazırda Tehrandakı Evin zindanında saxlanılan milli hərəkat fəalın vəziyyəti ağırlaşıb.«Babək Xürrəmdin» ləqəbilə tanınan azərbaycanlı blogger Hüseyn Rövnəqi Məliki üçüncü dəfə böyrək əməliyyatı keçirib. Belə ki, soydaşımızın böyrəklərindən biri bir neçə müddət əvvəl işgəncə nəticəsində sıradan çıxmışdı. Bu səbəbdən xəstəxanada ona başqa böyrək köçürülmüşdü. Ancaq həbsxanada pis vəziyyətdə saxlanıldığından soydaşımıza köçürülmüş böyrək də sıradan çıxıb. Bu səbəbdən yeni böyrək köçürülməsi üçün Hüseyn Rövnəqi Məliki xəstəxanaya aparılıb. Həkimlər isə azərbaycanlı fəalın zindandan kənar yerdə saxlanılmayacağı təqdirdə köçürülən böyrəyin yenə də sıradan çıxacağı barədə bir daha xəbərdarlıq ediblər.
Qeyd edək ki, Tehran İnqilab Məhkəməsi azərbaycanlı blogger Hüseyn Rövnəqi Məlikini 15 il müddətinə azadlıqdan məhrum edib. Soydaşımız ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilinib. Apellyasiya Məhkəməsi də «Babək Xürrəmdin» ləqəbilə tanınan azərbaycanlı blogger Hüseyn Rovnəqi Məliki barəsində aşağı instansiya məhkəməsinin çıxardığı 15 illik həbs qərarını qüvvədə saxlayıb. Hüseyn Rövnəqi Məliki həm də tələbədir. O öz vebloqunda yazılarını «Babək Xürrəmdin» təxəllüsüylə yazırdı.
Xatırladaq ki, Hüseyn Rövnəqi Məliki 2009-cu il dekabrın 13-də Mələkan şəhərində tutulub və «Sepah»ın təkadamlıq kamerasına aparılıb. O, saxlanıldığı müddətdə televiziyaya çıxaraq yalançı etiraf etsin deyə ağır psixi və fiziki işgəncələrə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed