Şrift:
İranda 10 azərbaycanlı fəal azadlıqdan məhrum edilib
02.02.2012 [22:38] - Güney Azərbaycan-Təbriz
İranda 10 azərbaycanlı fəal barəsində məhkəmə qərar çıxarıb. Fəallar asayişi pozmaqda, dövlətin əleyhinə təbliğat aparmaqda, hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilən Əkbər Mühacəri, Məhəmmədrza Bəxşi Xacə, Rəhim Əli Rzayi, Şərham Dadaşi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bayraqdar, Əsgər Ağayi və başqa 2 fəalın işinə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb. Mühakimə edilən azərbaycanlı fəalların hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 10 fəal azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə Təbrizin Qumtəpə məhəlləsində bəyanat yaydıqları üçün “Bəsic” könüllüləri tərəfindən həbs ediliblər.
Bu xəbər oxucular tərəfindən 1474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed