Şrift:
İranda “donuz qripi”ndən ölənlərin sayı 57 nəfərə çatıb
16.12.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Sağlıq, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərə nəzarət mərkəzinin rəisi Məhəmməd Mehdi Quya dekabrın 15-də jurnalistlərə açıqlamasında ölkədə sürətlə yayılmaqda olan “donuz qripi” xəstəliyinin təhlükəsindən danışıb.
Məhəmməd Mehdi Quya deyib ki, son iki həftədə ölkədə “donuz qripi”nə yoluxmaqda şübhəli bilinən 2700 nəfər nəzarətə alınıb: “Lakin tibbi yoxlamalardan sonra onlardan yalnız 896 nəfərin H1N1 virusuna yoluxduğu məlum olub. Təəssüflər olsun ki, hazırda ölkədə “donuz qripi”ndən ölənlərin sayı artaraq 57 nəfərə çatıb. Bu isə ciddi narahatlıq doğurur.

Son iki həftədə isə ölkənin müxtəlif əyalətlərindən “donuz qripi”nin yayılması barədə xəbərlər gəlir. Bu isə bu təhlükəli virusun yayılmaqda olduğunu göstərir. Bununla belə Kirman və Sistan-Bəlucistan əyalətlərində bu xəstəliyə yoluxanların sayı getdikcə azalır. Bu isə virusun tezliklə tamamilə nəzarətə alınacağından xəbər verir”.
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed