Şrift:
Spilberq uydurma "erməni soyqırımı" barədə film çəkir?
15.02.2012 [13:15] - Gündəm
Dünyaca məşhur, "Oskar" mükafatlı kinorejissor uydurma "erməni soyqırımı" barədə film çəkmək niyyətindədir.
Bunun üçün o, erməni ssenariçi Stiven Zallianla bir araya gələrək, əməkdaşlığa başlayıb.

ABŞ-dakı ermənilərin "Nouvelles d’Armenie" qəzeti bildirir ki, Spilberqlə Zallian Kaliforniyadakı Erməni Milli Mərkəzində danışıqlar aparıblar.
Ermənilərin iddialarına görə, filmin 2015-ci ildə ekranlara çıxarılması planlaşdırılır.
Filmdə erməni aktyorlarla yanaşı, dünya kinematoqrafının ulduzlarının da çəkilməsi nəzərdə tutulub.
TMZ saytı bu xəbərin "sadəcə, iddia" olduğunu bildirsə də, ABŞ-dakı türk icmasının mənsubları Spilberqi belə düşünülməmiş addım ataraq erməni uydurmalarına dəstək verməkdən çəkinməyə çağırıblar.

Spilberqin mətbuat katibi ermənilərlə bağlı film barədə iddiaları təsdiqləməkdən boyun qaçırıb.
Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed