Şrift:
ATƏT-in fəaliyyətdə olan sədri cəbhə xəttindəki gərginliklə bağlı narahatlığını ifadə edib
02.04.2016 [19:24] - Gündəm, Siyasət
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer cəbhə xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda F.-V. Ştaynmayer qoşunların təmas xəttində gərginliyin artmasından və mülki əhali də daxil olmaqla insan itkisindən böyük narahatlıq keçirdiyini ifadə edib: “Mən tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa və atəşkəs rejiminə tam şəkildə əməl etməyə çağırıram”.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, bu münaqişə hərbi yolla həll edilə bilməz: “Tərəflər indi Minsk qrupu çərçivəsində danışıqlara geri dönmək üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu işdə həmsədrləri tam dəstəkləyirəm”.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed