Şrift:
Türkiyə KİV-ləri: Azərbaycan Ordusu strateji yüksəklikləri azad edib
02.04.2016 [21:21] - Gündəm, Sosial
Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərindən Silahlı Qüvvələrimizə və cəbhə bölgəsindəki yaşayış məskənlərinə növbəti təxribatının qarşısının qətiyyətlə alınması barədə məlumatı Türkiyə KİV-ləri tərəfindən geniş yayılıb.

Qardaş ölkənin mediasında Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində düşmənə sarsıdıcı cavab zərbələrinin endirilməsinə, bir neçə strateji yüksəkliyin geri alınmasına, bölgədə yaranmış gərginliklə əlaqədar beynəlxalq təşkilatların və böyük dövlətlərin mövqelərinə yer ayrılıb.

Anadolu Agentliyi, “Huriyyət”, “Sabah” və “Milliyət” qəzetləri, o cümlədən ölkənin nüfuzlu televiziya kanalları Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə nəzarət etməsi, şəxsi heyətin döyüş hazırlığı və ruh yüksəkliyi barədə informasiyalar yaymaqdadır.

Türkiyə KİV-ləri, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı aprelin 2-də dövlətimizin başçısı İlham Əliyevə telefonla zəng etməsi barədə də məlumatlar yayıb. Diqqətə çatdırılır ki, Türkiyə Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed