Şrift:
Türkiyənin və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər
02.04.2016 [21:24] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə işğal olunmuş ərazilərimizdə baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonda müzakirə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və ölkəmizə dəstək olduğunu qətiyyətlə ifadə edib.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed