Şrift:
Türkiyə XİN-i erməni təxribatını pisləyib
03.04.2016 [09:59] - Gündəm, Siyasət
Türkiyə Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan ordusunun hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib. Bu barədə XİN rəhbəri Mövlud Çavuşoğlu özünün "Tvitter" səhifəsində yazıb.

"Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək, təmas xəttində Azərbaycan hərbiçilərinin həlak olması ilə əlaqədar başsalığı verdik", Çavuşoğlu yazıb.

Bundan başqa, qurumun bəyanatında deyilir ki, Türkiyə Dağlıq Qarabağda erməni qoşunlarının təxribatını pisləyir.

"ATƏT-in Minsk qrupunun üzvü olaraq, Türkiyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri dəstəkləyir", deyə bəyanatda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed