Şrift:
Kürdəmirli məktəbli qızların hamısı Bakı Bulvarında tapılıb
16.02.2012 [11:04] - Gündəm
Azərbaycanda itkin düşən 3 məktəbli qız Bakıda tapılıb.

Kürdəmir rayon prokuroru Nurəddin Qasımov bildirib ki, rayon polis şöbəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat tədbirləri nəticəsində itkin düşən qızlar dünən axşam tapılıb.

Kürdəmir rayonu Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə və Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva fevralın 14-də itkin düşüblər.

Prokuror bildirib ki, hər üç qız Bakı Bulvarında tapılıblar. Onlar saxlanılan vaxt yanlarında oğlanlar olub.

Məlumata görə, qızların Bakıya gələrklən telefonla danışdığı Qismət adlı şəxs də saxlanılıb və izahat alınması üçün Kürdəmirə gətirilib.

Xatıqrladaq ki, məktəbli qızlar yaşadıqları kənddən Kürdəmir rayonuna müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

Araşdırmalar zamanı məlum olub ki, məktəbli qızlar internet vasitəsi ilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə onlar Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları Qismət adlı şəxs qarşılayıb.

İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.
Bu xəbər oxucular tərəfindən 2305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed