Şrift:
BAXMAYIN ÖLÜ KİMİ
03.04.2016 [10:59] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Baxmayın ölü kimi dünyada heç vaxt Şəhidə,
Deməyin ki, gülməyib fələk verən baxt Şəhidə.

Var adamlar yaşayır uzun ömür yoxdu özü,
Gəlib şəhidlik adı Rəbbidən bivaxt Şəhidə.

Vətəni olmayanın məzarı da itib-batır,
İlahidən qurulub ən uca bir taxt Şəhidə.

Tökməsin göz yaşını bu ölümə yaxın, yadı,
Deyir kim ki, ölüdü özüdü bədbaxt, Şəhidə!

Mənasız ömürlərin yoxdu sayı-hesabı heç,
Mənalı ömür yazıb Yaradan sərvaxt Şəhidə.

Deməsinlər öləcəm, ruhun özü yalan-filan,
Bütün ruhlar gələcək səcdəyə o vaxt Şəhidə!

Qucacaq sevgi ilə cismi Vətən torpağını,
Ruhu pərvaz edəcək, hönkürəcək vaxt Şəhidə.

Şadiman, çəkiləcək əməllərin haqq-hesabı,
Bil ki, baxır kainat aləmdə xoşbaxt Şəhidə!
03.04.2016

Şirin Xanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed