Şrift:
Güney Azərbaycan Xəbərləri
17.02.2012 [15:24] - Gündəm
XOY ŞƏHƏRİNDƏ ÜSTÜNDƏ ANA DİLİ İLƏ BAĞLI YAZI OLAN ÇOX SAYILI QƏLƏMLƏR PAYLANIB


Güney Azərbaycan Xəbərləri




Dünya Ana dili günü, 21 Fevral yaxınlaşdıqca Güney Azərbaycan ana dili ilə bağlı oyanış məqsədli işlər artmışdı. Bu fəaliyyətlər hər il bir çox şəhərlərdə olur.
Xoydan bizə gələn bilgiyə əsasən, Xoy şəhərində üzərində " 2 İsfənd (21Fevral) dünya ana dili günüdür" və "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" sözləri yazılan çox sayılı qələmlər paylanmışdır.
Qələmlərinin sayının çoxluğu millət tərəfindən Ana Dilinin diqqətin artmasına səbəb olmuşdur. Bu qələmlərin paylanılması insanlar tərəfindən çox yaxşı qarşılanmışdır.


İran rejimi Güney Azərbaycanda Google, Yahoo və digər saytlara filter tətbiq edib


Güney Azərbaycan Xəbərləri





İran rejimi Güney Azərbaycanda Google, Yahoo və bəzi digər internet saytlarına filter tətbiq edib. İranın Qərbi Azərbaycan vilayətində, xüsusilə Urmiya, Xoy, Sulduz (Nəğədə), Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr), Bəykəndi (Bukan), Maku şəhərlərində də internetin sürəti zəifləyib. Nəticədə əksər internet saytlarına daxil olmaq mümkün olmayıb.

ABŞ-dakı Azərbaycan və türk diasporları İranın Azərbaycana təzyiqlərini pisləyən kampaniyaya başlayıblar


Güney Azərbaycan Xəbərləri






ABŞ-dakı Azərbaycan və türk diasporları Azərbaycanın müstəqilliyini və suverenitetini dəstəkləyərək, İranın Azərbaycana təzyiqlərini pisləyən kampaniyaya başlayıblar
kampaniyanın təşəbbüskarı olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) məqsədi ABŞ Konqresini və mediasını bu günlərdə baş vermiş hadisələr barədə məlumatlandırmaqdır.

“Son həftələr beynəlxalq birliklə İran arasında münasibətlərin korlanması müşahidə olunur ki, bu da ABŞ, İsrail və Qərbin regional müttəfiqlərinə mənfi təsir göstərir. İran ABŞ-ın və İsrailin sadiq müttəfiqi olan Azərbaycana qarşı aqressiv ritorika və təbliğatdan istifadə edir”.

Müəlliflər xatırladırlar ki, ərazisi Men ştatı boyda olan Azərbaycan Ermənistan tərəfdən hərbi təcavüzə, işğala və soyqırımına (26 fevral, 1992 Xocalı) məruz qalıb: “Azərbaycan güclü cənub qonşusu ilə yaxşı münasibətlərdə olmağa çalışıb, çünki İran əhalisinin təxminən 30 faizi etnik azərbaycanlılardan ibarətdir və onlar hakimiyyətdə olan farslardan fərqli etnik və linqvistik xüsusiyyətlərə malikdirlər. Azərbaycan sərhədlərində sülh və sabitlik istəyir. Azərbaycanla İran xalqı arasında əsrlərlə davam edən əlaqələr və dostluq var. İran və ona bitişik torpaqlar 1000 ilə yaxın azərbaycanlılar tərəfindən idarə olunub. İran hökumətinin televiziya və radiosu Azərbaycan ərazisində qanunsuz yayımlanır, onun psevdo-dini və pan-İran təbliğatı susmaq bilmir. Onlar Azərbaycana qarşı hədələyici düşmənçilik jestlərini davam etdirirlər. 2011-ci ilin noyabrında Bakıda Rafiq Tağının öldürülməsi, 2012-ci ilin yanvarında Bakıda İsrail səfirliyinin partladılmasına cəhd buna misal ola bilər”.

Diaspora üzvləri bildirirlər ki, “İran hökumətinin düşüncələrinin arxasında duran arqumentlər Mixael Ayzenştadt tərəfindən qısa şərh olunub: “İran Ermənistanı Azərbaycana qarşı müharibədə dəstəkləyir, çünki Azərbaycanın zəifləməsinin və iflasını istəyir. Ermənistan və bu dövlətin nüvə silahı yaydığına və İranla nüvə texnologiyaları ticarəti etdiyinə görə ABŞ hökuməti tərəfindən sanksiyalara məruz qalan müəssisələri Qarabağı işğal ediblər. Azərbaycanın İranla həmsərhəd olan ərazisinin 16 faizi Qarabağ bölgəsinə aiddir. Ermənilər Qarabağı nəzarətsiz əraziyə və narkotik, silah qaçaqmalçılığı və digər qanunsuz hərəkətlər üçün “qara dəliyə” çeviriblər”.

Kampaniya çərçivəsində yayımlanan məktublarda bildirilir ki, “Mediaya verilən müsahibələrdən görürük ki, Azərbaycanın Sərhəd Xidmətinin rəhbəri iranlı həmkarına görüşməyi və 2011-ci ilin iyulunda azərbaycanlı sərhədçinin iranlı sərhədçilər tərəfindən lazımsız yerə öldürülməsini müzakirə etməyi təklif edib, amma İran generalı bu təklifə cavab verməyib. Rəsmilər görüşdən imtina etdikdə, generallar azərbaycanlıların “damarından axan qan” barədə, 12-ci əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında qeyri-sağlam, irqçi bəyanatlar verirlər ki, bu zaman dinc və sağlam münasibətləri saxlamaq çətin olur”.

Məktublarda o da xatırladılır ki, 1991-ci ildə SSRİ dağılandan sonra İranın dövlət mətbuatı Azərbaycanın İrana ilhaqı barədə bəyanatlar yaymağa başlayıb: “İranın özündə etnik azərbaycanlılara göstərilən münasibət kimi, Azərbaycanın da mövcudluq və öz tarixinə malik olmaq hüquqlarını inkar etmək cəhdləri oldu. Regionda strateji müttəfiqi olan Azərbaycanı dəstəkləmək ABŞ hökumətinin mənəvi məsuliyyətidir. Bu, suveren və müstəqil Azərbaycanı dəstəkləyən bəyanatlar verməkdən, qətnamələr qəbulundan tutmuş Azərbaycanın enerji infrastrukturunu qorumaq üçün “Petriot” hava-müdafiə sistemlərinin təchizatınadək özünü göstərməlidir”.


ABŞ rəsmiləri İranın nüvə danışıqlarına hazır olmasına dair məktubu və uran zənginləşdirilməsi ilə bağlı son bəyanatına münasibət açıqlayıb

Güney Azərbaycan Xəbərləri




İranın nüvə yanacağının hasilatı üzrə iki böyük irəliləyişə nail olması barədə iddialarından bir gün əvvəl bu ölkənin nüvə danışıqları üzrə nümayəndəsi Səid Cəlili danışıqların mümkün qədər tez başlamasına hazır olduqlarına dair məktub göndərib.
Obama administrasiyası (yönətim) isə İranın son bəyanatlarını mənasız adlandırıb və bildirib ki, Tehranın davranışı onun iqtisadi sanksiyalar (təhrim) nəticəsində çəkdiyi sıxıntının göstəricisidir. ABŞ dövlət departamentinin (xarici işlər nazirliyi) mətbuat katibi Viktoriya Nuland deyib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırki təftişlərindən də faydalanaraq, hamıya özünün iddia etdiyi kimi nüvə proqramının tam dinc məqsəd daşıdığını göstərməlidir.
"Bir daha qeyd edim ki, biz bütün müttəfiqlərimiz, o cümlədən qonşu dövlətlərlə birlikdə sanksiyaların qüvvəyə minməsinə diqqətimizi yönəltmişik." - Viktoriya Nuland belə deyib. Onun sözlərinə görə, İranın uran zənginləşdirilməsi ilə bağlı başladığı sonuncu mərhələ də yenilik deyil və ABŞ rəhbərliyi bunu böyük xəbər hesab etmir.
ABŞ-ın nüvə eksperti (karşünas) Coul Rubin isə bildirib ki, İranın son bəyənatı bu məsələyə ciddi yanaşılmasının vacibliyini göstərir.
İranda 6300 məktəbli uşaq narkotik istifadəçisidir
İranın Narkotiklərlə (müxəddir maddələri) Mübarizə Təşkilatının məlumatına əsasən, ölkədə şagirdlərin 0,5 faizi narkotik maddə aludəçisi və istifadəçisidir.İran kütləvi informasiya vasitələrinin məlumatına əsasən, İranda cari ildə məktəblərdə şagirdlərin sayı 12 milyon 600 min nəfər təşkil edib. Buda o deməkdir ki, İran məktəblərində 6300 şagird narkotik maddə istifadəçisidir.İranın Təhsil Nazirliyinin sonuncu statistikasına (amar) əsasən, ölkədə 2400 şagird narkotik maddələrin istifadəçisidir.
“İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr 6 aylıq həbs cəzasına məhkum olunub
İran prezidenti Mahmud Əhmədinejadın mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr 6 aylıq həbs cəzasına məhkum olunub. Bu, 3 ay ərzində Cavanfikrə kəsilən üçüncü hökmdür.
2011-ci ilin noyabrın 20-də Tehran məhkəməsi Cavanfikri 1 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda onun media sahəsindəki fəaliyyətinə 3 il qadağa qoyulub. Tehran məhkəməsinin bu qərarı Cavanfikrin islahatçı “Etimad” qəzetinə verdiyi müsahibəsindən bir gün sonraya təsadüf edib. Cavanfikr həmin qəzetə müsahibəsində Əhmədinejadın hakimiyyət daxilindəki müxaliflərini və onların siyasətini kəskin tənqid etmişdi.
2012-ci ilin yanvar ayının ortalarında Cavanfikr İranın dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu işin detalları məxfi saxlanıb.
Bu hökmlərə baxmayaraq Cavanfikr azadlıqdadır. İran prezidenti onun həbs olunmasına imkan vermir.

MƏHBUS BLOQÇU: “MƏHBUSLARA İŞGƏNCƏ VERİLƏRKƏN DİN və ƏXLAQ PRİNSİPLƏRİNƏ RİAYƏT EDİLMİR”

Güney Azərbaycan Xəbərləri




Həbsdə saxlanan gənc müxalif bloqçu Mehdi Xəzəli mərhum ayətullah Hüseynəli Müntəzinin oğlu Əhməd Müntəziriyə məktub yazıb. Mehdi Xəzəli İranın dini lideri və hökumətə qarşı yazılarına görə bu il 14 il həbsə məhkum edilib.
Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan bloqçu Əhməd Müntəziriyə yazıb ki, İran İslam Respublikası zindanlarında dinc müxaliflərə qarşı misli görünməmiş dəhşətli repressiyalar aparılır, insani faciələr törədilir: “Mən indi başa düşürəm ki, vaxtilə mərhum atanızın zindanlardakı repressiyalara qarşı etirazı nə üçünmüş. Atanızın etirazı olmasaydı, Allah bilir, digər məhbusların başına nələr gələrdi. Buradakı məhbuslar atanızın ruhuna dua oxuyur, ona Allahdan ülvi məqam diləyir.
Burada 1980-ci illərdə tutulan, 1988-ci ilin edam və qırğınlarından yaxa qurtara bilən məhbuslar var. Onlardan o dövrdə zindanda məhbuslara qarşı tətbiq edilmiş təzyiq növlərini və repressiyaları eşidəndə adamın tükləri biz-biz durur. Buradakı üzdəniraq inqilab məhkəmələrində müttəhimlərin hüququna zərrə qədər riayət edilmir. Məhbuslar özlərinə vəkil tutmaqdan məhrumdur. Məhkəmə iclasları da yalnız bir neçə dəqiqə keçirilir, sonra müttəhimə hökm oxunur. Mənim saxlandığım otaqda günahı sübut olmayan 3 nəfər saxlanılır. Məhkəmə hakimi Pirabbasi iki dəqiqəlik məhkəmədə onların hər birinin 17 il azadlıqdan məhrum olması haqda hökm çıxarıb.
Burada heç bir siyasi fəaliyyəti olmayan və hakimiyyətə qarşı çıxmayan 3 nəfəri yalnız islamdan xristianlığa keçdiklərinə görə tutub saxlayırlar. Onların hər birini uzunmüddətli həbsə məhkum ediblər. Bəzi məhbusları isə yalnız sistem rəsmiləri ilə ixtilafına görə tutub dama basıblar. Həmin şəxslərə istər fiziki, istərsə də psixoloji baxımdan misli görünməmiş dəhşətli işgəncələr verir, onlardan yalançı etiraflar alıb guya casus olduqlarını boyunlarına götürmələrini istəyirlər.
Burada məhbuslara işgəncə verilərkən din və əxlaq prinsiplərinə riayət edilmir. Allah bir daha atanızı rəhmət eləsin və bu zülmün kökünü qurutsun. Mən indi başa düşürəm ki, mərhum atanız nəyə görə bu zülmə qarşı fəryad qoparırmış”.
Mərhum ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.

Mübariz Əhmədoğlu: “İranda hakim dini və siyasi elita arasında iranvari iyrənc qarşıdurma İran dövlətçiliyinin süqutuna şərait yaradır”

Güney Azərbaycan Xəbərləri





“İran İslam Respublikasında prezidentlə dini lider, prezidentin tərəfdarları ilə yüksək çinli din xadimləri arasında ziddiyyət və çarpışmanın olması gizli məsələ deyil. Bu barədə dünya mətbuatında kifayət qədər məlumatlar bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

O bildirib ki, ABŞ prezidenti Barak Obamanın İranın dini liderinə müraciət etməkdə əsas hədəflərindən biri də ziddiyyətlərin fonunda prezidentin iş görmək qabiliyyətinin müəyyən edilməsi idi: “ABŞ-ın Milli Kəşfiyyat İdarəsi İranda hakim elita daxilindəki ziddiyyətlər barəsində təsdiq formasında danışmağa başladı. Bu vaxtadək ABŞ rəsmiləri, o cümlədən xüsusi xidmət orqanlarının rəhbərləri İrandakı vəziyyətlə bağlı ehtimal xarakterli fikirlər söyləyirdilər. İndi təsdiqləyici formada danışmaqla həm İranın daxilinə mesaj verirlər, həm də özlərini İrana qarşı ciddi kampaniyaya hazırlayırlar. İranda iki rəhbər şəxs arasındakı kəskinləşən ziddiyyət indiki mərhələdə İranın Ali dini liderinin əleyhinə çevrilib. Ola bilər, prezident Əhmədinejatın əldə etdiyi üstünlük müvəqqəti və ya mövqe üstünlüyü olsun, amma bu gün Əhmədinejatın hakimiyyətdaxili ziddiyyətdə Ali dini lideri üstələməsi göz qabağındadır. İranın Ali dini liderinin ətrafında olan bəzi şəxslər artıq Əhmədinejata dəstək verməyə başlayıblar. Ola bilər, İranın Ali dini liderində həmin adamların Əhmədinejata nəzarət etməsi təsəvvürü olsun. İranda belə şey mümkündür. Başqa sözlə, İrandakılar təkcə başqalarına yox, həm də bir-birinə hiylə-kələk gəlirlər. İranın Ali dini liderinin ətrafının onu səhv yola tuşlandırması adicə baxışla görünür.
Yaxınlarda Rusiyanın üç federal televiziya kanalından biri olan “NTV” kanalı İranla əlaqəli təxminən bir saatlıq veriliş yayımladı. Səhv və ya düz olmasından asılı olmayaraq bu populyar telekanaldakı həmin veriliş İranın ümumilikdə maraqlarını çox gözəl açdı və müdafiə etdi. İranın maraqları prizmasından orda cəmi bir ziyanlı məqam var idi: İran ərazisindən Rusiyaya qarşı təhlükə olarsa, Rusiya İrana xəbərdarlıq etmədən öz qoşunlarını İranın ərazisinə yeridə bilər. 1940-cı ildə SSRİ ilə İran arasında imzalanmış müqavilə buna hüquqi əsas yaradır. İranın 1940-cı ildə imzalanmış müqaviləyə dəfələrlə apelyasiya etməsini nəzərə alsaq, deyə bilərik ki, İran ekstremal vəziyyətlərdə Rusiya qoşunlarının öz ərazisinə daxil olmasına psixoloji baxımdan hazırdır. Rusiya üçün belə üstünlük yaradan müqavilənin yenilənməsinin və ya denonsasiyasının İran tərəfdən gündəliyə gətirilməməsi də çox şey deyir. İranda müstəqil siyasətçiliyin əleyhinə olanların çoxluğu bizə bəllidir. O baxımdan İranın ərazisinə Rusiya qoşunlarının daxil olması, bizcə, İranın daxilində elə ciddi ajiotaj yaratmayacaqdır. Həmin verilişdə mənim daha çox diqqətimi çəkən hakim elita daxilindəki ziddiyyətin qabardılması idi. Guya prezident Əhmədinejat texnardır (oxu: texnokrat), inkişaf etmiş dünyəvi dövlət qurmaq istəyir və bunun üçün ona yenidən seçilmək lazımdır. Amma çalmalılar (oxu: əmmaməlilər və ya ayətullahlar) ona maneçilik edirlər.

Əslində, bu tezis İrana qarşı müharibəni daha da əsaslandıran və ya şirnikləşdirən tezisdir. Qərb üçün İranın dini lideri Seyid Əli Xamneyi ilə İranın prezidenti Əhmədinejat arasında qətiyyən fərq yoxdur. Ola bilər, dini liderin Qərbin əlində alət ola bilməsini heç kəs ağlına gətirmir və ya düşünmür, amma Qərbdə kimsə düşünə bilər ki, prezident Əhmədinejatdan vasitə kimi istifadə edib, İranın dini liderinin “darvazasından içəri keçmək olar.

Azərbaycanın müstəqilliyi çox yorğanlar yırtdı, çox simalar açdı. Dağlıq Qarabağ münaqişəsi kontekstində Qərbin gözündə bir azərbaycanlı obrazı var. Ermənilər və Qərb üçün Azərbaycanın iqtidar və ya müxalifət təmsilçisi arasında zərrə qədər fərq yoxdur. Bu fikrə indi Azərbaycanda heç kim şübhə etmir. İranda da vəziyyəti belə görürük. Söhbət İranın taleyinin həllindən gedir, İranın Ali dini lideri Xamneyini və ya Əhmədinejatı hakimiyyətdə saxlamaqdan getmir. Hər halda İrandakılar danışanda özlərini yerdən göyə qədər, şimaldan cənuba, şərqdən qərbə nə varsa, hamısını bilən kimi aparırlar. Amma deyəsən, onların çoxbilmişliyi İranda məşhur məsəldə deyildiyi kimi, babiliyə gətirib çıxarıb. İndiki iranlıların, o cümlədən siyasi elita üzvlərinin böyük əksəriyyətinin üzü deyəsən Qərbə tərəfdir.
İranın prezidenti Əhmədinejat qarşıdakı parlamenti tam öz nəzarətinə keçirmək ərəfəsindədir. Bu artıq onun ata dediyi dini liderlə münasibətində həlledici mərhələ olacaqdır”.
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed