Şrift:
Üç həftə əvvəl itkin düşən Şəki sakininin meyiti qarın altından, heyvanlar tərəfindən parçalanmış şəkildə tapılıb
18.02.2012 [13:26] - Gündəm
İtkin düşən Şəki rayon sakininin meyiti tapılıb.
Bu barədə Şəki Rayon (Şəhər) Polis Şöbəsindən məlumat verilib. İtkin düşən 1972-ci il təvəllüdlü, rayonun Kiş kənd sakini Lütfəliyev Mübariz Nəriman oğlunun meyiti Kiş kəndi ərazisində qarın içərisində tapılıb. Meyitin vəhşi heyvanlar tərəfindən parçalandığı bildirilir. Mübariz Lütfullayevin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Faktla bağlı Şəki şəhər Prokrorluğunda araşdırma aparılır. Qeyd edək ki, Mübariz Lütvəliyev yanvarın 27-də günorta saatlarında kəndin ərazisində fəaliyyət göstərən yeməkxanadan çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed