Şrift:
Güney Azərbaycan Xəbərləri
18.02.2012 [13:32] - Gündəm
Dünya Ana Dili Günü yaxınlaşdıqca Güney Azərbaycanda aktivlik başlayır
Güney Azərbaycan Xəbərləri




Dünya Ana Dili Günü (21 fevral , 2 isfənd) yaxınlaşır.İranın iki bölük olduğunu göstərən günlərdən əsas birisi Dünya Ana Dili Günüdür. Bu gün İranın başı adlanan Azərbaycanın dilsiz baş olduğunu hər kəs düyür.Bu gün dilləri dövlət dəstəyi ilə inkişaf etdirilən millətlərin bayram olsada, dilləri dövlət zərbəsi altında olan millətlərin çətin günüdür.Bu gün İran dərd çəkən millət və dərd çəkdirən şovinistlərə bölünür.Bu gün İranın ədalət, islam, qardaşlıq, bərabərlik şüarlarının əsil mahiyyəti üzə çıxır.
Bütün bu qadağaları yaşayan millətin Dünya Ana Dili Gününə hansı duyğularla hazırlaşdığını təxmin etmək çətin deyil. Güney azərbaycanlılar Dünya Ana Dili gününü dinc etiraz aksiyası (yürüş) ilə qarşılayacaqlar. Hökumət qüvvələri zorakılığa yol verməsələr məhz bu gün azərbaycanlıların Haray səsi dünyaya çatdırılacaq.Azərbaycanlılar günlərdir Ana Dili ilə bağlı duyğulu yazılar yazır, bəyanatlar verir və şüarlar səsləndirirlər.Bu zəmində Ana Dilinin anadan sonra keşikçisi olan gələcəyin müəllimləri də xüsusi məsuliyyət hiss edib və öz münasibətlərini bildiriblər. Onlar, Azərbaycan pedaqoji universitetinin (tərbiyyət-i müəllim) divarlarını milli şüarlarla bəzəyiblər.Ümid edirik, bu önəmli gündə, dili qadağan olmuş bütün millətlərin haqq səsi dünya ictimaiyyətinə çatsın.
Kütləvi Etirazın yeri və zamanı:
Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası
Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00


Məhəmməd Əhədi magistraturaya qəbul imtahanında iştirak edə bilməyib
Güney Azərbaycan Xəbərləri





Hazırda həbsdə saxlanılan azərbaycanlı fəal Məhəmməd Əhədi magistraturaya qəbul imtahanına qatıla bilməyib.Azərbaycanlı fəal qəbul imtahanına hazırlaşdığı bir vaxtda tutuqlandığına görə, təhsilini davam etdirməkdən məhrum olub.Qeyd edək ki, Məhəmməd Əhədi Təbriz universitetinin məzunudur. O, 2012-ci il yanvarın 24-ü (1390-cı il bəhmənin 4-ü) Güney Azərbaycanın Miyana şəhərində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.Əhədi hazırda Təbriz şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır.


ƏRDƏBİLDƏ DÜNYA ANA DİLİ GÜNÜ İLƏ BAĞLI BİLDİRİLƏR YAYILIBDIR
Güney Azərbaycan Xəbərləri





Dünya ana dili günü yaxınlaşdıqca Güneydə Ana dili ilə bağlı fəaliyyətlərə son günlər qat- qat artmışdır. Ərdəbil şəhərində Ana dili ilə bağlı və Dünya ana dili günü, 21 Fevralı tanıtmaq məqsədi ilə çox sayıda bildirilər yayılmışdır.
Bildirilərdə Ana dilinin yasaqlığından başqa ümumiyyətlə Azərbaycan Türklərin qarşı İranın rasist dövlətinin siyasəti haqqında bilgilər yazılmış və rasist düşüncə tənqid edilmişdir.
Son günlər Xoyda və başqa Azərbaycan şəhərlərində Ana dili günü ilə işlər görülmüşdür.



ABŞ ETTELAAT-a sanksiya tətbiq edib

Güney Azərbaycan Xəbərləri




ABŞ İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) sanksiya tətbiq edib.
Bununla bağlı ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Qərara əsasən, ETTELAAT-ın ABŞ-dakı bütün bank hesabları və əmlakı dondurulub, eyni zamanda nazirlik rəhbərliyinin və işçilərinin bu ölkəyə girişinə, mülkiyyətdən istifadəsinə, eləcə də ABŞ vətəndaşları və şirkətləri ilə istənilən əməkdaşlığına qadağa qoyulub. Buna səbəb kimi ETTELAAT-ın Suriya hakimiyyətinə yardım göstərməsi, İranda insan haqlarının kobud şəkildə pozulması, “Əl-Qaidə”, “Hizbullah” və HƏMAS-a dəstək verməsi göstərilir.

GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) 21 FEVRAL – Ümumdünya Ana Dili Günü ilə bağlı Bəyanat yayıb

Güney Azərbaycan Xəbərləri






Bəyanat olduğu kimi diqqətinizə çatdırılır:
“İnsan hüquqlarının və milli haqların bərpasının inkişafı dönəmdə millətlərin dillərinin rəsmiyyətdə tanınması dünya ictimaiyyəti tərəfindən normal prinsip kimi qəbul edilib. Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 fevral - Ümumdünya Ana dili Günü kimi təsdiq olunub və tövsiyyə edilib ki, hər bir ölkə daxilində yaşayan müxtəlif millətlərin ana dilləri rəsmiyyətdə tanınmalı və bütün sahələrdə onun istifadə olunmasına və inkişafına şərait yaradılmalıdır. İran adlanan ölkədə isə öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox Azərbaycan türkü güclü assimilyasiya siyasətinə məruz qalaraq, digər hüquqları ilə yanaşı bu hüquqdan da məhrum olunublar. Onlar ana dilində oxumaq üçün bir məktəbə belə malik deyildir. Fars rasist rejimlərinin irançılıq və farsçılıq adı altında həyata keçirdikləri siyasətin nəticəsidir ki, uşaqlarımız fonetik ahənginə və qrammatikasına görə dünyanın ən kamil dillərindən biri olan azərbaycan türkcəsində yox, yabancı fars dilində təhsil almaq məcburiyyətindədirlər. Fars molla rejimi azərbaycan türklərinin öz ana dilində yazıb-oxumasını yasaqlamaqla onun keçmişini və gələcəyini məhv etmək istiqamətində bütün imkanlarını səfərbər edib. Azərbaycan Milli Azadlıq Hərəkatı millətimizə tətbiq olunan haqsızlıqlara qarşı etiraz edərək mübarizə aparır. Rejim bu haqlı tələblərə ən ağır fiziki və mənəvi işgəncə metodları ilə cavab verir. Bu gerçəkliklər onu deməyə əsas verir ki, milli istəklərimizin əsasını təşkil edən ana dilində təhsilin təmin olunması yalnız öz müstəqil dövlətimizi qurduqda gerçəkləşəcək. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyan edir ki, fars rasizminin azərbaycan türklərinə qarşı apardığı bu siyəsətə son verilməsi üçün millətimizin bütün kəsimləri vahid güc olaraq milli-demokratik dövlətimizin qurulması istiqamətində birgə mübarizəsini daha da gücləndirməlidir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi millətimizi 21 fevral Ümumdünya Ana dili günü münasibəti ilə təbrik edir və fars rasist rejiminin azərbaycan türklərinə qarşı həyata keçirdiyi faşist davranışları qınayaraq onları davamlı mübarizəyə çağırır.”

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ


Tailand hökuməti Banqkok partlayışı ilə əlaqədar axtarılan daha 2 İran vətəndaşının adlarını açıqlayıb

Güney Azərbaycan Xəbərləri





Fevralın 14-də paytaxt Banqkokda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib. Hadisədə təqsirli

bilinən digər İran vətəndaşları - Məhəmməd Xəzai Banqkokda, Məsud Sədaqətzadə isə Malayziya paytaxtı Kuala-Lumpur aeroportunda (hava limanı) tutulub.

Fevralın 15-də jurnalistlərə danışan Tailandın təhlükəsizlik rəsmisi tutulanların niyyətinə toxunub: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer (qatil) dəstəsinin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terrora hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”.

Banqkok polisinin sözçüsü Vinai Tonqson jurnalistlərə açıqlamasında deyib ki, tutulanlara hərbi təlim keçirməkdə şübhəli bilinən dördüncü iranlı, 52 yaşlı Nikxah Fərdin axtarışına başlanıb. Polis sözçüsü həmçinin tutulan iranlılara Banqkokda ev kirayə etdikdən sonra İrana qayıdan beşinci iranlının adının Leyla Ruhani olduğunu vurğulayıb.


Tehranda İran-Ermənistan dostluğunun 20 illiyi qeyd olunub
Güney Azərbaycan Xəbərləri





Ötən gün Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunub.
Tədbirdə Ermənistanın İslam Cümhuriyyətindəki səfiri, İran Xarici İşlər Nazirliyinin MDB (müstəqil dövlətlər birliyi) ölkələri və qonşu dövlətlər üzrə idarənin başçısı, Qafqazşünaslıq araşdırma mərkəzi və erməni məsələsi mərkəzinin məsul şəxsləri iştirak edib. Bu barədə Teleqraf.az «Novosti Armeniya»ya istinadən xəbər verir yayıb.

Toplantıya Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan da qatılıb. Konfransda çıxış edən erməni nazir müavini İslam Respublikası ilə ölkəsi arasında qarşılıqlı səmərəli layihələrin gerçəkləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə,Yerevanla Tehran çoxtərəfli əməkdaşlığı genişləndirməkdədir.
Tədbirin sonunda görüş iştirakçılarına Ermənistan Tehrandakı səfirliyinin təmsilçisi Qanrnik Badalyanın «Ermənistan - İran əlaqələri 20 il» adlı kitabı paylanıb.



BMT, İranı Şəffaf Olmağa Çağırdı
Güney Azərbaycan Xəbərləri



Birləşmiş Millətlər ümumi sekretarı Ban ki Moon bir dəfə Tahranı nüvə fəaliyyətləri mövzusunda şəffaf olmağa çağırdı.İranın uran zənginləşdirmə proqramı səbəbiylə qərblə yaşadığı gərginlik davam edir.Amerika Birləşmiş Dövlətləri Tehrana istiqamətli sanksiyalara bir yenisini əlavə etdi. vaşinqton, İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Amerikan banklarındakı mal varlığı dondurulacağını açıqladı.Birləşmiş Millətlər ümumi katibi Ban ki Moon da İranın nüvə silahlanmağa getmədiyi şəklindəki şərhlərinin qane edici olmadığını söylədi.Ban Ki Moon , Tahran rəhbərliyini gələcək həftə ölkəyə gedəcək olan Birləşmiş Millətlər mütəxəssisləriylə əməkdaşlıq etməyə çağırdı.Pakistan, Əfqanıstan və İran arasında edilən üçlü zirvədə danışan İran Respublika başçısı Ahmedinejat isə "Biz döyüşmək üçün deyil,barış üçün nüvə enerjiyə sahib olmaq istəyirik" dedi.Ahmedinejat xarici güclərin öz hegemoniyalarını qurmaq üçün bölgəyə davamlı müdaxilə etdiklərini və problemlərin qaynağı olan xarici müdaxiləyə icazə verilməməsi lazım olduğunu da söylədi.Zirvədə danışan Pakistan dövlət başçısı Asıf Əli Zerdari də İrana ola biləcək bir hücum vəziyyətində quru və hava sahələrini Amerika Birləşmiş Dövlətlərinə istifadə etdirməyəcəklərini açıqladı.Kənar yandan İsrail kəşfiyyatı İran və müttəfiqi Hizbullahın dünyanın müxtəlif yerlərindəki İsraillilərə daha çox hücum planladığını qarşıya qoydu.
Bu xəbər oxucular tərəfindən 1870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed