Şrift:
Bakının enerji təchizatında vacib rol oynayan elektrik stansiyaları kəskin soyuqlar üçün hazırlanacaqmı?
18.02.2012 [16:04] - Gündəm
"Azərenerji" SC növbəti illərdə Bakının enerji təchizatında vacib rol oynayan "Şimal" və Sumqayıt elektrik stansiyalarının bu ay işinə təsir edən kəskin soyuqlara hazır olacaq. Bu barədə şənbə günü SC-dən məlumat veriblər.
"Elektrik stansiyalarının özünün işində problem olmayıb. Problem suyun nasoslarla qəbulunda olub ki, bu da Xəzərdə donmalar ilə əlaqədar idi" , - SC-dən deyiblər.
"Azərenerji"nin məlumatına görə, nasoslar suda qar kütləsinin olduğu zaman belə suyu qəbul edə bilmir və buna görə də şaxtalar keçdikdən sonra xüsusi tədbirlər keçirilib. Nəticədə elektrik stansiyalarının işi tam bərpa edilib.
"Xəzərdə suyun donması halı ilə ilk dəfədir üzləşirik, lakin bu, gələcəkdə nəzərə alınacaq. Hazırda hər iki elektrik stansiyası normal rejimdə işləyir və onların istismarında heç bir problem yoxdur" , - SC-dən bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl bu elektrik stansiyalarının işinin dayandırılması Bakının bir sıra rayonlarında elektrik enerjisnin verilməsində fasilələrin yaranmasına səbəb olmuşdu.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed