Şrift:
"Artsax" arağı Kremldə rəsmi ziyafətlərdə veriləcək
19.02.2012 [23:25] - Gündəm
İşğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən şirkət Rusiya elitasını xüsusi vodka (“spetsvodka”) ilə təmin edəcək
Rusiya mətbuatında yayılan məlumata görə, Kremlin protokol ziyafətlərində yeni vodka növü "Kremlin Award" veriləcəkdir. Bu barədə Rusiya prezidentinin İşlər İdarəsinin mətbuat katibi Viktor Xrekov məlumat verib. Onun sözlərinə görə, “Kremlyovskiy” ticarət evi protokol tədbirləri üçün nəzərdə tutulmuş "Kremlin Award" vodkası ilə prezidentin işlər idarəsinin təminatına başlayıb" ("İnterfaks" agentliyi). Qeyd edək ki, cari ilin 14 fevral tarixində Moskvada keçirilən “Prodekspo-2012" beynəlxalq sərgidə adıçəkilən premial vodkanın ”təqdimatı" keçirilib. Rəsmi məlumatlara görə, yeni vodka növü “Moskva Kristal Zavodu” ASC, “Ludinq” şirkəti və Ermənistanın “Multi-qrup” konserni tərəfindən yaradılıb.
Xatırladaq ki, adıçəkilən “Multi-qrup” konserninin rəhbəri eks-prezident Robert Köçəryanın yaxın dostu və maliyyəçisi Qaqik Tsarukyandır. Tsarukyan “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəridir.
Qeyd edək ki, “Artsax Brend Kompani” birbaşa Tsarukyanın işğal edilmiş ərazilərdə yaratdığı şirkətdir və İrəvanda fəaliyyət göstərən “Multi-qrup”un təminatçısıdır.

HAMLET
Bu xəbər oxucular tərəfindən 1822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed