Şrift:
ABŞ konqresmenləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər
20.02.2012 [09:03] - Gündəm
ABŞ konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər Bill Şuster və Den Boren Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər. Bu barədə Amerika-Azərbaycan Şurasının (AAŞ) baş direktoru Cavid Hüseynov bildirib.
Konqresmenlərin bəyanatında Xocalıda baş verən hadisələrlə bağlı geniş məlumat verilir, dünya KİV-lərində bu məsələ ilə bağlı yayılan məlumatlar həmkarlarının nəzərinə çatdırılır.
Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi və status-kvonun yolverilməzliyi vurğulanır.
Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdarıdır.
Konqresmenlər Azərbaycana Xocalı faciəsi ilə bağlı baş sağlığı veriblər, öz həmkarlarını soyqırım qurbanlarının xatirəsini anmağa çağırıblar.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed