Şrift:
Azərbaycan Milli Məclisinin üç deputatı sabah Ermənistana gedir
20.02.2012 [21:19] - Gündəm
Milli Məclisin (MM) deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olacaq.

MM-dən verilən məlumata görə, Komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed