Şrift:
Şimali Qafqazda keçirilən əməliyyatlarda 7 terrorçu öldürülüb, 25 terrorçu həbs olunub
21.02.2012 [11:14] - Gündəm
Rusiyanın hüquq-mühafizə orqanları ötən həftə Şimali Qafqazda keçirdikləri əməliyyat nəticəsində 25 terrorçunu, o cümlədən Dağıstandakı qanunsuz hərbi birləşmələrdən birinin rəhbəri olan Əbdül Əbdülkərimovu həbs ediblər.
Əməliyyatlar zamanı iki qruplaşmanın rəhbəri və beş silahlı öldürülüb. Öldürülənlər arasında “Dağıstan vilayətinin əmiri” İbrahimxəlil Davudov və Xasavyurt təxribat-terrorçu qruplaşmasının lideri, “Mühəmməd” ləqəbli Maqomed Qasımov da var. Əməliyyatlar zamanı terrorçulara məxsus dörd gizli silah anbarı müəyyənləşdirilib. Anbarlardan çoxlu sayda silah-sursat götürülüb.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed