Şrift:
Azərbaycanda sabah üçün hava proqnozu açıqlanıb
21.02.2012 [12:05] - Gündəm
Bakıda və Abşeron yarımadasında fevralın 22-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Rayonlarda havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed