Şrift:
Hulusi Kılıç: “Azərbaycanla Türkiyə bir yerdədir və birlikdə hərəkət edir”
22.02.2012 [12:43] - Xəbərlər
“Fransa Senatında “erməni soyqırımı” ilə bağlı məlum qərar qəbul ediləndə Azərbaycan prezidentinin və Milli Məclis üzvlərinin Türkiyəyə dəstəyini gördük.
Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyə birdir və birlikdə hərəkət edir”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç YAP-ın Xocalı soyqırımının 20-si ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə çıxışında bildirib.
Səfir deyib ki, Fransa Senatının məlum qərarı türk millətini ruhdan salmamalı, daha da güclü etməlidir: “Biz bundan sonra da Azərbaycanla birgə mücadilə aparacağıq”.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed