Şrift:
Qərib Məmmədov: “Azərbaycanda 4 vəzifəli şəxs tərfindən torpaq qanunvericiliyi pozulub”
22.02.2012 [13:15] - ---
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Davam.az-ın məlumatına görə, komitə sədri Qərib Məmmədov ölkədə aparılmış torpaq islahatlarından danışıb. Onun sözlərinə görə, “Torpaq islahatı haqqında” Qanunla qarşıya qoyulan vəzifələrə uyğun olaraq respublikanın 8 milyon 641 min 506 hektar vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilib və 1 milyon 695 min 123 hektarı (19,6 faiz) isə özəlləşdirilib.

2011-ci il 31 dekabr vəziyyətinə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir.

Q.Məmmədov bildidb ki, 2011-ci ildə 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib ki, bundan 368 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 472 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib. Belə hallarla bağlı 35265 manat cərimə kəsilib, bundan 8878 manat ödənilib, 26387 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta hallarının 4-ü vəzifəli, 6-ı hüquqi və 830-u isə fiziki şəxslər tərəfindən törədilib.

Torpaq məsələləri ilə əlaqədar hesabat ilində 3621 ərizə-şikayətlərə, o cümlədən 726 təkrar müraciətlərə, 620 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb, müvafiq tədbirlər görülüb.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed