Şrift:
Avro-2016: Portuqaliya ilk yarımfinalçıdır
01.07.2016 [03:24] - Gündəm, İdman
Fransada futbol üzrə Avropa çempionatı davam edir.

Turnirin 1/4 final mərhələsi çərçivəsində Marsel şəhərində Polşa və Portuqaliya yığmaları qarşılaşıblar.

Oyunun 2-ci dəqiqəsində Levandovskinin zərbəsi dəqiq alınıb. Lakin 33-cü dəqiqədə Sançeş hesaba tarazlıq gətirib -1:1.

Matçın əsas vaxtında və əsas vaxta artırılmış dəqiqələrdə başqa qol qeydə alınmadığından oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada portuqaliyalılar üstün olublar - 5:3
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed